Əmək, məşğulluq, sosial müdafiə sahəsində islahatlar ötən il 22 beynəlxalq mükafat və sertifikata layiq görülüb

Ölkəmizdə  əmək və məşğulluq, sosial müdafiə sahəsində ardıcıl və geniş miqyas alan islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunun göstəricisi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları təkcə ötən il 22 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) fəaliyyət sahələrində innovativ həllərin tətbiqinə əsaslanan islahatlara, əhaliyə çevik və şəffaf, proaktiv və əlçatan xidmətlərin qurulmasına görə son bir ildə 10 beynəlxalq mükafat və sertifikat əldə edib.

Onların sırasına “World Finance”nin “Ən Yaxşı Pensiya Fondu”, “iESE – The Public Sector Transformation Partner”in  “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” və “Dünya Pensiya Zirvəsi: 2023”, “Wealth and Finance International”ın “Mükəmməllik” mükafatları, Beynəlxalq Pensiyaların İdarəedilməsi İnstitutunun ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının  Mükəmməllik Sertifikatı və s. daxildir. DSMF-nin sədri isə ötən il beşillik müddətə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının sədri seçilib.

Nazirliyin tabeliyindəki DOST Agentliyi daha bir beynəlxalq mükafat olaraq keçən il “Global HR Summit 2023” tədbiri çərçivəsində “Ən yaxşı KSM Strategiyası” kateqoriyası üzrə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi isə “Business Awards UK” və “IDDA Awards 2023” müsabiqələrində qaliblər sırasında olublar.

Ötən il dövlət xidmətlərinin «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində 1-ci yerə layiq görülən Nazirliyin rəqəmsal sosial layihələri də 2023-cü ildə 10 beynəlxalq mükafatla təltif olunub.

O cümlədən e-sosial.az portalı və “Əmək və Məşğulluq altsistemi” Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatlarına layiq görülüb. Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “VII FinTech Awards – 2023” və Texnologiya Təchizat Şəbəkəsinin “İnnovasiya Mükafatları – 2023”, “Texnoloji İnnovator Müsabiqəsi-2023” və s. kimi beynəlxalq müsabiqələrin qalibi seçilib.

Ümumilikdə son iki ildə Nazirliyin qurumları 44 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Related posts

DSMF-nin xərcləri 14 faiz və ya 410 mln. manat artaraq 3 mlrd. 419 mln. manat təşkil edib

edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb

Astara və Masallıda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı