Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmanətçilər üçün xüsusi təklif - BBN

Əmanətçilər üçün xüsusi təklif

Əmanətçilər üçün xüsusi təklif

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha geniş yararlanması məqsədilə yeni kampaniya keçirir. Belə ki, 30 iyunadək Xalq Bankda aktiv əmanəti olan müştərilər Mastercard Black Edition və ya Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 50 % endirimlə əldə edə biləcəklər.

Premium kartlar sahiblərinə yüksək komfort, fərdi yanaşma və eksklüziv imtiyazlar təqdim edən, eyni zamanda səyahət zamanı müxtəlif üstünlüklərlə müşayiət olunan prestijli ödəniş vasitələridir. Buraya səyahət sığortası, transfer xidmətləri, hava limanlarında biznes zallara pulsuz keçid və digər imtiyazlar daxildir.

Kampaniyadan Xalq Bank filiallarına müraciət edərək yararlanmaq mümkündür.

Qeyd edək ki, Xalq Bankın təqdim etdiyi çeşidli depozit məhsulları illik 10.5 %-dək gəlir qazanmaq imkanı yaradır. Ətraflı şərtlərlə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/emanetler

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

“AFB Bank” brendinin yenilənməsi imkanlarını araşdırır

AMB-də kommersiya banklarının strateji hədəfləri müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı