Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilmişdir

Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan “Naxçıvanbank” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmişdir.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

 

Reyestrə daxil olma tarixi

Bankın adı

1

30.07.07 “XALQ”Bankı ASC

2

30.07.07 “Azərbaycan Beynəlxalq Bankı”ASC

3

30.07.07 “ACCESSBANK” QSC

4

30.07.07 Melli İran Bankı Bakı filialı

5

30.07.07 “Azər-Türk Bank” ASC

6

30.07.07 “Bank of Baku” ASC

7

30.07.07 “Bank Respublika” ASC

8

30.07.07 “Kapital Bank” ASC

9

30.07.07 “YELO BANK” ASC

10

30.07.07 “Rabitəbank” ASC

11

30.07.07 “TURANBANK” ASC

12

30.07.07 “UNİBANK” KB ASC

13

30.07.07  Yapı Kredi Bank Azərbaycan QSC

14

07.08.07 “Expressbank”ASC

15

10.09.07 “Azərbaycan Sənaye Bankı” ASC

16

04.12.07 “Bank Avrasiya” ASC

17

04.12.07 “Paşa Bank” ASC

18

16.01.09 “AFB BANK”ASC

19

26.02.09 BANK VTB (AZƏRBAYCAN) ASC

20

28.04.09 PREMIUM BANK ASC

21

15.04.10 Bank “BTB” ASC

22

15.05.15 “Ziraat Bank Azərbaycan” ASC

Related posts

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Azərbaycanın 5 şəhərində “Sığorta Festivalı” keçiriləcək

Azərbaycan əhalisinin gəlirləri 6 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı