Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni üzv seçilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin Hesabatlar və analitik təhlil sektorunun müdiri Elvin Nəsibov ƏSF-nin Himayəçilik Şurasının üzvü təyin olunub.
Məlumata görə, bundan əvvəl Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri **Ziyəddin Allahverdiyev**in Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib. Onun yerinə həmin şöbənin müdir müavini Gündüz Əliyev Şuranın əsas heyət üzvü təyin edilib.
Qeyd edək ki, hazırda ƏSF-nin Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankı sədrinin müavini **Gülər Paşayeva**dır. Himayəçilik Şurası ümumilikdə 7 nəfərdən ibarətdir.
Xatırladaq ki, Şuranın əvvəlki üzvlərindən biri Sadiq Əliyev olub. O, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb.