Home » Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni üzv təyin edilib

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yeni üzv təyin edilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni üzv seçilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin Hesabatlar və analitik təhlil sektorunun müdiri Elvin Nəsibov ƏSF-nin Himayəçilik Şurasının üzvü təyin olunub.

Məlumata görə, bundan əvvəl Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri **Ziyəddin Allahverdiyev**in Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib. Onun yerinə həmin şöbənin müdir müavini Gündüz Əliyev Şuranın əsas heyət üzvü təyin edilib.

Qeyd edək ki, hazırda ƏSF-nin Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankı sədrinin müavini **Gülər Paşayeva**dır. Himayəçilik Şurası ümumilikdə 7 nəfərdən ibarətdir.

Xatırladaq ki, Şuranın əvvəlki üzvlərindən biri Sadiq Əliyev olub. O, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.