Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib - BBN

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibində dəyişiklik baş verib.

BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev Fondun Himayəçilik Şurasının üzvlüyündən çıxarılıb.

Onun əvəzinə Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev Fondun Himayəçilik Şurasının əsas heyət üzvü təyin edilib.

Qeyd edək ki, hazırda **Əmanətlərin Sığortalanması Fondu**nun Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankının sədr müavini **Gülər Paşayeva**dır. Himayəçilik Şurası ümumilikdə 7 üzvdən ibarətdir.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı