“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

4 noyabr, 2022-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2010020603 dövlət qeydiyyat nömrəli, 1,500,000.00 manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən 1000 manat qiyməti ilə 2 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10 % , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000.00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 04.11.2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Qızıl yenidən bahalaşıb

Repo əqdləri üzrə istinad faiz indeksi formalaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı