Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

13 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 manat olan AZ2011020602 dövlət qeydiyyat nömrəli, 1,000,000 manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən 1000 manat qiyməti ilə 2 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11 % , faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 13.06.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı