“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

26 avqust, 2021-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2008020607 dövlət qeydiyyat nömrəli, 4.000.000,00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 7 investor tərəfindən 1000 qiyməti ilə 7 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10.00% , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 4,162,000.00 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 4,000,000.00 manat təşkil etmişdir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı