Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfə artırıb - BBN

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 111 milyon manat vəsait köçürüb.

BBN.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

8 aylıq ödənişin 89,2 milyon manatı özəlləşdirmə, 21,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 2,3 dəfə və 1,3 dəfə çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 40 özəlləşdirmə hərracı (11,1% az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin (35,7% az) səhm paketi, 13 kiçik dövlət müəssisəsi (18,2% çox), 3 yarımçıq tikili (50% çox), 361 nəqliyyat vasitəsi (3,7% az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 195 elektron sifariş(27,8% az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma (42% az) reallaşıb.

Ötən 8 ayda 2 161 yeni icarə müqaviləsi (24,1% az) bağlanılıb. İcarə müqavilələrindən 541-i qeyri-yaşayış (21,1% az), 1620-si isə torpaq sahələrinə (28,35%) aid olub.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı