EMTA-da Avropa Enerji Tənzimləyiciləri Şurasının növbəti seminarı baş tutub

9-10 sentyabr tarixlərində Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) “EU4Energy” proqramının II mərhələsi – “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (Council of European Energy Regulators – CEER) ekspertlərinin iştirakı ilə EMTA-nın mütəxəssisləri üçün seminar təşkil edilib.

İki gün davam edən seminarda CEER ekspertləri qaz təchizatı sahəsində bazar subyektlərinin ayrılmasına dair məlumat verib və bu sahədə Estoniya və Finlandiya təcrübəsini iştirakçılarla bölüşüblər. Həmçinin Azərbaycanda bazar subyektlərinin ayrılması və sözügedən sahə üzrə Avropa İttifaqı ölkələrində mövcud qaydaların tətbiqi ilə bağlı təqdimatlar nümayiş etdirilib.

Seminar müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.

Related posts

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı