Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EMTA Özbəkistanda keçirilmiş enerji islahatlarına dair regional sammitdə təmsil olunub - BBN

EMTA Özbəkistanda keçirilmiş enerji islahatlarına dair regional sammitdə təmsil olunub

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə və Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev 27-28 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş “Regional enerji islahatları: Tənzimləyici fəaliyyətin təkmilləşdirilməsi” sammitində EMTA-nı təmsil ediblər.

Özbəkistanın Enerji Bazarının İnkişafı və Tənzimlənməsi Agentliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 10 ölkənin energetika nazirliklərinin, tənzimləyici qurumlarının, ötürücü və paylayıcı sistem operatorlarının nümayəndələri də iştirak ediblər.

Tədbirin açılış sessiyasında çıxış edən A. Hacızadə EMTA-nın fəaliyyəti, enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.

İkigünlük sammit çərçivəsində baş tutmuş sessiyalarda enerji tənzimləmə sahəsində islahatlar, rəqəmsallaşma və innovasiya, eləcə də enerji bazarının dinamikası, davamlı enerji keçidi ilə bağlı mövzulara toxunulub, eyni zamanda Türkiyə, Gürcüstan, İndoneziya, Avstraliya, ABŞ və Almaniyanın sadalanan sahələrdə təcrübələrinə nəzər yetirilib.

Related posts

bp: AÇG-də dərin qaz layihəsi yeni milyardlarla dollarlıq investisiyalar üçün zəmin yarada bilər

Dollar “gözləmə” rejimində: Yaxın Şərq sülhündən gələcək xəbərlər izlənilir

Robert Kiyosakidən növbəti xəbərdarlıq: “Dolları yox, Bitcoin və qızılı seçin”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı