Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EMTA və Türkiyənin enerji tənzimləmə qurumu əməkdaşlarının növbəti görüşü keçirilib - BBN

EMTA və Türkiyənin enerji tənzimləmə qurumu əməkdaşlarının növbəti görüşü keçirilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında Azərbaycan-Türkiyə III Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2024-cü il üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində növbəti onlayn görüşü keçirilib.

Görüş zamanı EPDK-nın enerji üzrə müxtəxəssisi Mert Demir “Enerji bazarında informasiya sistemi” mövzusunda təqdimatla çıxış edib. O, ölkə qanunvericiliyinə əsasən enerji doldurma xidməti sahəsinin tənzimlənməsinin EPDK-nın fəaliyyət sahəsinə aid edildiyini bildirərək, Tənzimləyici tərəfindən sözügedən sistemin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Həmçinin, o, elektrik enerjisi və qaz təchizatı, mayeləşdirilmiş neft qazı (LPG), eləcə də digər sahələr üzrə məlumatların sistemə daxil edilməsi, onların sistemləşdirilməsi və işlənməsi prosesi, eyni zamanda, ictimaiyyətə açıq olan aylıq və illik bazar hesabatları və onların strukturu barədə ətraflı məlumat verib.

Görüşün yekununda interaktiv sual-cavab sessiyası olub.

Related posts

SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı