Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub - BBN

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

8 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndə heyəti Yaponiyanın aparıcı ödəniş infrastrukturlarından biri olan The Japanese Banks’ Payment Clearing Network (Zengin-Net) ilə görüş keçirib.

Görüş çərçivəsində Zengin-Net-in Beynəlxalq Əlaqələr üzrə mütəxəssisi Takushi Omuro “Overview of Zengin System” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı bildirilib ki, Zengin Sistemi Yaponiyada hesabdan-hesaba ödənişlərin emalını təmin edən əsas infrastruktur rolunu oynayır. Sistem həm iri, həm də kiçik məbləğli ödənişlərin, o cümlədən real vaxt və toplu ödənişlərin təhlükəsiz və operativ şəkildə həyata keçirilməsinə imkan verir. Bununla yanaşı, Zengin Sistemi Zengin-Net tərəfindən birbaşa idarə olunmayan digər ödəniş platformalarının klirinq hesablaşmalarını da dəstəkləyir.

Görüş zamanı ABA nümayəndələri Yaponiyanın ödəniş infrastrukturunun iş prinsipləri, əməliyyat mexanizmləri və real vaxt ödənişlərinin təşkili sahəsində qabaqcıl beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

Related posts

“Fitch” Mərkəzi Bankın həyata keçirdiyi tənzimləyici islahatları müsbət qiymətləndirib

Kripto Bazarında “Sükunət”: Bitcoin 63 min dollar ətrafında kilidlənib!

Qızıl Bazarında “Zirvə” Həyəcanı: Qiymətlər 4400 Dollar Həddində Sabitləşdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı