Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri Birləşmiş Krallıq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib - BBN

Energetika naziri Birləşmiş Krallıq-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının üzvü və Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında qarşılıqlı strateji münasibətlərin digər sahələrlə yanaşı, energetika sahəsində də uğurla inkişaf etdiyi bildirilib.

Neft-qaz sahəsində uzunmüddətli strateji tərəfdaş kimi “bp” şirkətinin Azərbaycandakı fəaliyyətindən bəhs edilib, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasının birgə səylərin nəticəsi olduğu və bu istiqamətdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyi qeyd olunub. Həmçinin, Azərbaycanda enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması istiqamətində şirkət ilə əməkdaşlığın bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə yaratdığı imkanlar müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı görülən tədbirlər və bu ərazilərdə “bp” şirkəti ilə bərpa olunan enerji sahəsi üzrə birgə əməkdaşlıqdan bəhs edilib. Cəbrayıl rayonu ərazisində nəzərdə tutulan günəş elektrik stansiyası layihəsinin “yaşıl enerji” sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin iki ölkə arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında memorandumdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Related posts

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 30 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı