Energetika naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakla əlaqədar ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi ilə görüşüb.

Azərbaycanın zəngin neft tarixi və müasir enerji strategiyası haqqında məlumat verən nazir ölkəmizdə enerji keçidi istiqamətində görülən işlərdən və bərpa olunan enerji üzrə strateji hədəflərdən danışıb. Enerji təhlükəsizliyini daxili resursları hesabına tam təmin etmiş azsaylı ölkələrdən olan Azərbaycanın etibarlı tərafdaş kimi qonşu ölkələrin və regionun enerji təhlükəsizliyinə də töhfə verdiyi vurğulanıb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında bəyan edilmiş Azərbaycanda 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-dək azaldılması və işğaldan azad edilmiş ərazilərdə xalis sıfır emissiya zonasının yaradılması kimi yeni hədəflərə doğru atılan addımlar diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin beynəlxalq əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Dövlətə məxsus səhmdar cəmiyyətin 30 faizlik səhm paketi özəlləşdirilib

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq – Bu tarixlərdə

Azərbaycan nefti ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı