Energetika naziri Braziliyaya səfər edib

Energetika naziri Pərviz Şahbazov Braziliya Federativ Respublikasının mədən və energetika naziri Aleksandr Silveiranın dəvəti ilə bu ölkəyə səfər edib. Nazir və rəhbərlik etdiyi nümayəndə heyəti  oktyabrın 3-də Braziliyanın Foz do İquaçu şəhərində keçiriləcək Təmiz Enerji üzrə 15-ci (CEM-15) və İnnovasiyalar üzrə 9-cu (Ml9) Nazirlər iclaslarında, oktyabrın 4-də isə G20 Enerji Keçidi Nazirlərinin İclasında və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun həmsədrliyi ilə keçiriləcək Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoqda iştirak edəcək.

Səfər zamanı tədbirlərdə nazirin çıxışları və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Related posts

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı