Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov oktyabrın 27-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Füzuli rayonunun Horadiz şəhərində (ünvan: Horadiz şəhəri, H.Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı