Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək - BBN

Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov iyulun 22-də İsmayıllı, Şəki, Oğuz, Qəbələ,
Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində
(ünvan: AZ3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika
Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145,
1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova),
minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə
telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: office.kurdamir@regulator.gov.az),
Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46,
elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış
“Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Related posts

Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”

ABB istiqrazlarına tələb bu dəfə təklifi 3 dəfə üstələdi!

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı