Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov iyulun 21-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində keçirilmiş qəbulda vətəndaşların işlə təminat, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik sayğacının quraşdırılması və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan 15 vətəndaş iştirak edib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı