Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika nazirinin müavini GECF Nazirlər iclasında iştirak edib - BBN

Energetika nazirinin müavini GECF Nazirlər iclasında iştirak edib

Energetika nazirinin müavini Kamal Abbasov oktyabrın 10-da Ekvatorial Qvineya Respublikasının Malabo şəhərində keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 25-ci Nazirlər iclasında iştirak edib.

Nazir müavini çıxışında GECF-in təbii qaz hasil edən ölkələr arasında əməkdaşlıq və dialoq platforması kimi əhəmiyyətini qeyd edib. Təbii qazın digər ənənəvi enerji daşıyıcıları ilə müqayisədə ekoloji cəhətdən daha təmiz yanacaq kimi qlobal enerji keçidində mühüm rolu vurğulanıb. Azərbaycanın təbii qaz ehtiyatları, hasilatı, ixracı və son nailiyyətləri, eləcə də ölkədə istixana qazları emissiyalarının azaldılması və bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verilib.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

Azərbaycanla San-Marino arasında enerji əlaqələrinin inkişafı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı