Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar seçki konfransı keçirilib - BBN

Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar seçki konfransı keçirilib

Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar seçki konfransı keçirilib.

Konfransa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsində, o cümlədən sosial-məişət məsələlərinin həllinə dəstəyin verilməsində mühüm rol oynadığını qeyd edib. Komitə sədrinin iş yerini dəyişməsi ilə əlaqədar yeni idarə heyətinin formalaşdırılmasına zərurət yarandığı vurğulanıb və bu məqsədlə növbədənkənar seçki konfransının təşkil edildiyi bildirilib.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Fəthulla Mustafayev çıxış edərək müvafiq sahəni tənzimləyən qanunvericik aktlarının tələbləri, həmçinin əməkdaşların istirahətinin səmərəli təşkili, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində həmkarlar ittifaqları tərəfindən görülən tədbirlər haqqında məlumat verib.

Sonra iclasın gündəliyi konfrans iştirakçılarının nəzərinə çatdırılıb, gündəlik və reqlament səsə qoyularaq qəbul edilib.

Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin 5 nəfərdən, təftiş komissiyasının 3 nəfərdən ibarət olması qərarlaşdırılıb. Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin və təftiş komissiyasının üzvlüyünə namizədlər seçilib. İdarə heyətinin üzvü Xalidə Məsimovanın uzun müddətli iş təcrübəsi, yüksək təşkilatçılıq bacarığı və səmərəli fəaliyyəti nəzərə alınaraq Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilməsi təklif edilib və təklif yekdilliklə qəbul edilib.

Yeni tərkibdə seçilmiş Həmkarlar İttifaqı Komitəsi idarə heyətinin və təftiş komissiyasının üzvlərinə uğurlar arzulanıb və yeni heyətin Komitə qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəyinə əminlik ifadə olunub.

Related posts

SOCAR və BP Xəzərdə yeni seysmik əməkdaşlığa başlayır

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı