Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib - BBN

Energetika Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq növbəti ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada yüzlərlə ağac əkilib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli məsələləri daim diqqət mərkəzində saxlanılıb, atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadəyə xüsusi qayğı ilə yanaşılıb. Aksiyanın məqsədi də Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ekosistemin mühafizəsinə töhfə verməkdir.

Aksiyada Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları iştirak edib.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı