Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tacikistanın Ticarət və Sənaye Palatası ilə görüş keçirilib - BBN

Tacikistanın Ticarət və Sənaye Palatası ilə görüş keçirilib

Görüşdə SPECA Həftəsinin ölkələr arasında əməkdaşlığın inkişafında rolu qeyd olunub, ticarət əlaqələrinin intensivləşdirilməsi müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda ilə görüşüb.

Görüşdə Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkə iqtisadiyyatına qeyri-neft investisiyalarının cəlb olunması çərçivəsində görülən işlər haqqında məlumat verib. Tərəflər SPECA Həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilmiş “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf naminə regional əməkdaşlıq” tədbirinin əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. İkitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən ticarət mübadiləsinin artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb, bu istiqamətdə sentyabr ayında AZPROMO-da olan Tacikistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin fəaliyyəti yüksək qiymətləndirilib.

Camşed Cumaxonzoda təmsil etdiyi qurumun Tacikistanda ən böyük təşkilat olduğunu bildirərək, Palata haqqında ətraflı məlumat verib, Palatanın fəaliyyətini tənzimləyən qanuna gözlənilən dəyişikliklərin edilməsi haqqında danışıb. Palatanın sədri Tacikistanın ölkə stendi ilə təmsil olunduğu SPECA Sərgisinin yüksək səviyyəli təşkilatçılığını qeyd edərək, sözügedən təşəbbüsün ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli platforma kimi xidmət etdiyini diqqətə çatdırıb.

Görüşdə mövcud birgə müəssisələrin, xüsusilə açılışı 2021-ci ildə Düşənbədə baş tutan kompozit boru istehsalı zavodunun fəaliyyəti vurğulanıb. Sonda Camşed Cumaxonzoda AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərini Tacikistanda keçirilən sərgilərdə aktiv iştirak etməyə dəvət edib.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı