Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanılıb

“Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.21-ci bəndinə uyğun olaraq, 2023-cü ilin 4 sentyabr tarixindən Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində müvafiq xidmətlərin göstərilməsinə başlanılıb.

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri Nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Nyu-York birjasında təbii qazın qiyməti daha da enib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı