Energetika Nazirliyində Dünya Bankının regional direktoru ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Ənənəvi və bərpa olunan enerji, elektroenergetika infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı olduğu “yaşıl enerji” dəhlizləri və digər potensial layihələr nəzərdən keçirilib. Layihələrin digər beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və gələcək potensialı müzakirə edilib.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı