Energetika Nazirliyində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini ilə görüş keçirilib

Energetika Nazirliyində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İtaliyalı nazir müavinini Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilməsi münasibəti ilə təbrik edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Neft və təbii qaz sahəsində mövcud əməkdaşlıq əlaqələrindən danışılıb, Azərbaycanın bərpa olunan enerji potensialı, stateji hədəfləri, reallaşdırılan layihələr və gələcək planlar haqqında məlumat verilib, “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin olduğu qeyd edilib.

Qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirə edildiyi görüşdə, həmçinin, Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı 3,3 milyard dolları ötüb

Texnologiya nəhəngi “Huawei” maliyyə nəticələrini açıqlayıb

Kənd təsərrüfatına dair yeni dövlət standartı qəbul edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı