Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramındakı qeyri-iş günlərində fasiləsiz xidmət göstərəcək

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bu xəstəliyin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Energetika Nazirliyinin struktur bölmələrinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq, müraciətlərin elektron və telefon rabitəsi vasitəsilə fasiləsiz qəbulu həyata keçiriləcək.

  Nazirliyin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramındakı qeyri-iş günlərində (20-28 mart tarixləri) də fasiləsiz fəaliyyət göstərəcək. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən  zəruri olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil ediləcək.

Qeyd edək ki, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar xətti” və “974” Çağrı mərkəzi” vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə nazirliyə müraciət edə bilərlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı