Eurostat-ın məlumatına, əsasən Avrozonada inflyasiya avqustda yeni rekorda çatıb və 9.1% olub. Reuters-in sorğusunda iştirak edən iqtisadçılar isə bu rəqəmi 9% olaraq qiymətləndirirdilər və yeni nəticələr isə gözləntilərdən çoxdur.
BBN.az xəbər verir ki, bu haqda CNBC.com nəşri yazıb.
Eurostat-dan bildiriblər ki, inflyasiyanın yüksəlməsinin əsas səbəblərindən biri enerji qiymətlərinin yüksək olması ilə bağlıdır. Bu, 2021-ci ilin noyabrında başlayan artımla regionda istehlak qiymətlərinin artımı üzrə ardıcıl doqquzuncu rekorddur. Avro zonasında əsas inflyasiya iyulda 8,9%-ə (illik müqayisədə) çatıb.
Eurostat-ın çərşənbə axşamı verdiyi məlumata görə, energetika 38,3% ilə ən yüksək illik inflyasiya səviyyəsinə sahib olub, iyulda isə 39,6% idi. Qida, alkoqol və tütün məhsulları iyulda 9,8%-ə nisbətdə 10,6% artıb, qitədə son isti havanın təsirləri artıma səbəb olub.