“Enterprise Azerbaijan” portalının rəhbəri Nevada Universitetinin medalı ilə təltif olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərovanın ABŞ-a səfəri başa çatıb.

Səfərin sonuncu günündə “Enterprise Azerbaijan”ın rəhbərliyi ABŞ-ın Nevada Universitetinin Tahoe şəhərciyini və “Google” şirkətinin San-Fransiskodakı ofisini ziyarət edib; həmçinin, Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin rəhbəri Mehmet Tosunun “Reno startap həftəsi”nin sponsorları üçün təşkil etdiyi biznes-naharda iştirak edib.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva Özmən Sahibkarlıq Mərkəzi ilə yüksək səviyyədə əməkdaşlığa görə Nevada Universitetinin medalı ilə təltif olunub.

Qeyd edək ki, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş “Reno startap həftəsi”ndə (Reno Startup Week) iştirak ediblər. Startap həftəsinə “Enterprise Azerbaijan” portalının təşkil etdiyi birinci “Startup School” layihəsinin qalibi olmuş “Abroadventure” startapının nümayəndələri də qatılıblar.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı