“Enterprise Azerbaijan” portalının “Startup School 2” layihəsinə sənəd qəbulu başladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə birgə növbəti “Startup School” layihəsinə start verdi. “AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) devizi altında keçirilən budəfəki müsabiqə də startapçılara geniş imkanlar təqdim edir:

  • ABŞ, Almaniya, İngiltərə, Türkiyə, Rusiya, Polşa, CAR və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
  • Kursu bitirən bütün startaplara beynəlxaq səviyyəli sertifikat;
  • I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;
  • I, II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək;
  • 5 layihəyə Türkiyədə OSTİM Texnologiya Mərkəzində praktiki təlimlərdə iştirak etmək imkanı;
  • 5 layihəyə Qarabağda keçiriləcək “AI for Karabakh” hakatonunda yarışmaq imkanı;
  • 10 layihəyə SABAH.HUB-ın inkubasiya proqramında iştirak imkanı;
  • 10 layihənin “Startap şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi.

Layihəyə 17 mart 2024-cü il tarixinə qədər hər hansı ali təhsil müəssisəsini təmsil edən, süni intellekt ilə bağlı layihəsi və ya ideyası olan hər kəs (fərdi və ya 3-5 nəfərlik komanda şəklində) müraciət edə bilər.

Seçimlər 2 mərhələdə aparılacaq:

1) onlayn (qeydiyyat)

2) müsahibə

Nəzərinizə çatdırırıq ki, tədris ingilis dilindədir.

Daha ətraflı məlumat və qeydiyyat üçün  www.startupschool.az  və

ya  https://enterpriseazerbaijan.gov.az/ saytlarına daxil olun.

“Startup School 2 – AI for Green Solidarity” layihəsinin reallaşdırılması üçün “Enterprise Azerbaijan” portalı 11 nüfuzlu qurumla əməkdaşlıq edir.

Tərəfdaşlar:

  1. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  2. Kənd Təsərrüfatı Nazirliyi (KTN)
  3. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  4. Azərbaycan Respulikasının Kosmik Agentliyi
  5. Kiçik və Orta Biznesin İnkişaf Agentliyi
  6. Dövlət Məşğulluq Agentliyi
  7. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi
  8. KTN-in Aqrar İnnovasiya Mərkəzi
  9. Sabah.HUB
  10. “Təmiz Şəhər” ASC
  11.  DIV Academy

LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı