İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramı çərçivəsində Asiya qitəsindən olan tərəfdaşlar ictimaiyyətə təqdim olunub:
“Silk Road High Tech Park Association”, “Khyber Pakhtunkhwa Board of Investment and Trade”, ATUİAB, “Licorne Gulf investment fund”, “Ostim Technical University”, “Cappadocia Technopark” və “Niğde University Technopark”.
Adı çəkilən tərəfdaşlar “Startup School 4: Five Continents – 500 Startups” layihəsi çərçivəsində startaplara təlim və mentorluq xidmətləri verir. Bununla yanaşı, tərəfdaşlar startapların dəyərləndirilməsi və onların qlobal bazara inteqrasiyasına da dəstək olacaq.
- Silk Road High Tech Park Association (SRHPA) – “Startup School 4: Five Continents – 500 Startups” layihəsinin Çindən olan tərəfdaşıdır. SRHPA yüksək texnologiyalar parkları arasında əməkdaşlığın gücləndirilməsi və startapların inkişafının təşviqi istiqamətində fəaliyyət göstərir. Proqram çərçivəsində SRHPA startaplara təlim və mentorluq xidmətləri vasitəsilə dəstək verir. Bununla yanaşı, qurumun nümayəndəsi münsiflər heyətinin üzvü kimi layihədə iştirak edərək startapların qiymətləndirilməsi və onların qlobal bazara inteqrasiyasına töhfə verir.
- Khyber Pakhtunkhwa Board of Investment and Trade (Pakistan) – Pakistanda investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması və xarici investorların cəlb olunması istiqamətində fəaliyyət göstərən dövlət qurumudur.
- ATUİAB (Özbəkistan) – Azərbaycan, Türkiyə və Özbəkistan iş adamlarını bir araya gətirən, biznes əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının təşviqi və sahibkarlıq mühitinin inkişafına dəstək göstərən beynəlxalq iş adamları dərnəyidir. Əsas ofisi Özbəkistanda fəaliyyət göstərir.
- LICORNE GULF Investment Fund (Qətər) – innovativ və yüksək potensiallı layihələrə investisiya yönəldən, startapların maliyyə resurslarına çıxışını dəstəkləyən və onların beynəlxalq bazarlara inteqrasiyasını təşviq edən investisiya fondudur.
- Ostim Technical University (Türkiyə) – sənaye ilə inteqrasiya olunmuş təhsil modeli əsasında fəaliyyət göstərən, xüsusilə mühəndislik, texnologiya və innovasiya sahələrində ixtisaslı kadrların hazırlanmasına və tətbiqi tədqiqatların inkişafına yönəlmiş ali təhsil müəssisəsidir.
- Cappadocia Technopark (Türkiyə) – Nevşehir bölgəsində yerləşən, universitet–sənaye əməkdaşlığını gücləndirən və xüsusilə innovasiya, texnologiya və startapların inkişafını dəstəkləyən texnoparkdır.
- Niğde Technopark (Türkiyə) – Niğde Ömer Halisdemir Universiteti nəzdində fəaliyyət göstərən, universitet–sənaye əməkdaşlığını gücləndirən və startapların, texnoloji innovasiyaların və Ar-Ge layihələrinin inkişafını dəstəkləyən texnoparkdır.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı aktivdir. Layihə bu il beş qitədən 500 startapı cəlb etməyi hədəfləyir.
Son müraciət tarixi: 15 may 2026-cı il.
Qeydiyyat üçün link: https://startupschool.az/en/register