“Enterprise Azerbaijan” və AYİB arasında görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterprise Azerbaijan” portalı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıqla bağlı görüş keçirilib.

Görüşdə portalın rəhbəri Mətanət Musayeva, “Enterprise Azerbaijan”ın rezidenti, “Alma Consulting” şirkətinin rəhbəri Habil Əhmədov, layihə meneceri Aydan Hüseynzadə, Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik bizneslər üzrə baş meneceri Samir Həmidov və analitiki Linara Əliyeva iştirak ediblər. Tədbir zamanı Azərbaycanda startap layihələrin dəstəklənməsi və investisiya imkanları  müzakirə olunub.

Portalın rəhbəri Mətanət Musayeva “Enterprise Azerbaijan”ın fəaliyyəti haqqında ümumi məlumat verib. Layihə meneceri Aydan Hüseynzadə isə “StartUp School 1” və “StartUp School 2” layihələrini əməkdaşlara təqdim edib. Tərəflər arasında “StartUp School 3” layihəsi müzakirə olunub,  AYİB əməkdaşları tərəfindən layihənin dəstəklənməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

Daha sonra qonaqlar “Star Venture” proqramının perspektivləri haqqında məlumat veriblər. Bildirilib ki, layihə startapları, akselerator və məsləhətçiləri öz potensiallarını üzə çıxarmağa dəstək olur. “Star Venture” indiyə qədər Cənubi və Şərqi Aralıq dənizi regionunu, Qərbi Balkanları, Mərkəzi Asiyanı, Şərqi Avropanı, Qafqazı və Türkiyəni əhatə edən 23 ölkədə 550-dən çox yüksək potensiallı şirkətləri dəstəkləyib.

Tərəflər Azərbaycanın iqtisadiyyatına töhfə verəcək yeni layihələr üzrə əməkdaşlıq üçün razılıq əldə ediblər. Bununla yanaşı, gələcəkdə müntəzəm görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin artırılması ilə bağlı fikirlər səsləndirilib. Bu cür əməkdaşlığın regionda innovativ həllərin inkişafına və iqtisadi artıma səbəb olacağı vurğulanıb.

Related posts

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Rəqabət qanunvericiliyində müvafiq bazar, bazar payı və təmərküzləşmələrin müzakirəsinə dair tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı