Enterprise Azerbaijan və Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan EnterpriseAzerbaijan.com portalı və Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşmaya əsasən, Nevado Universiteti Özmen Sahibkarlıq Mərkəzi ilə Enterprise Azerbaijan-ın birlikdə “StartUp School” yaratması, potensial investorların tapılmasına dəstək göstərilməsi, akselerasiya mərkəzlərinin təşviqi, Azərbaycandan seçilmiş startapların Nevado Universitetində təcrübə keçmələrinə yardım,  xarici ekosistemə uyğun gələn bütün startapların məlumatlandırılması və investisiya imkanlarının araşdırılması, birgə tədbirlərin təşkili, o cümlədən, Özmen Mərkəzinin ekspertlərinin yerli və beynəlxalq tədbirlər zamanı həm mentor, həm də mühazirəçi kimi iştirakı və gələcək perspektivdə görüləcək bir sıra işlər nəzərdə tutulub.

Daha sonra silsilə tədbirlər çərçivəsində EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə Nevado Universiteti, “Barbara Smith Campbell”in İqtisadiyyat üzrə professoru, Beynəlxalq Biznes Proqramları direktoru Mehmet Serkan Tosun tərəfindən Enterprise Azerbaijan və digər inkubasiya mərkəzlərinin startapçıları üçün “Sahibkarlığa dəstək üçün startapların inkişaf etdirilməsi” mövzusunda master-klass keçirilib.

Təlimdə Enterprise Azerbaijan və Sabah.lab Akselerasiya Mərkəzinin  müxtəlif yerli və beynəlxalq yarışlarda uğur qazanmış startapları təqdim olunub. Eyni zamanda, gənc startapçılar M.Tosunun dəyərli fikirlərini dinləmək və öz startaplarını beynəlxalq səviyyədə tanıtmaq şansı əldə ediblər. M.Tosun gənclərə öz tövsiyələrini verib və startapdan sahibkarlığa gedən yolda onların hər birinə uğurlar arzu edib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı