Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Enterprise Azerbaijan”ın “Startup School 2” layihəsi Turizm və Menecment Universitetində təqdim olundu - BBN

“Enterprise Azerbaijan”ın “Startup School 2” layihəsi Turizm və Menecment Universitetində təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin növbəti tanıtım tədbirini Azərbaycan Turizm və Menecment Universitetində keçirib. Universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, layihə meneceri Nəzrin Əkbərova və portalın xarici təcrübəçisi Peter Balogh iştirak ediblər.

M.Musayeva “Enterprise Azerbaijan” portalının fəaliyyəti haqqında universitetin tələbələrinə məlumat verib, portalın əsas məqsədinin ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaq olduğunu vurğulayıb. O, “Startup School 2 – AI for Green Solidarity” haqqında danışaraq, layihənin yaranmasından, əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlı qurumlardan və bu layihənin gənc startapçılara verəcəyi töhfələrdən bəhs edib.

N.Əkbərova öz çıxışında layihələrini təqdim etmək istəyən tələbələrə ilkin  müraciət forması, layihənin təsviri, qoyulan meyarlar, seçim qaydaları və seçimdən sonrakı mərhələlər haqqında ətraflı məlumat çatdırıb, eyni zamanda auditoriyanı maraqlandıran sualları cavablandırıb.

P.Balogh isə öz şəxsi startap təcrübəsini tələbələrlə bölüşərək, onlara öz ideyalarını reallaşdırmaq üçün cəsarətli olmalarını, mövcud imkanlardan istifadə edərək araşdırmalar aparmalarını tövsiyə edib.

Related posts

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

“Startup School 3” layihəsinin 4 məzunu Silikon Vadisində keçiriləcək “Entrepreneurship Olympiad”larında ödənişsiz iştirak edəcək

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı