Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarların nəzərinə!

Məlum olduğu kimi, cari ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəymişdir.

Sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. 

Sahibkarlıq subyektlərindən Ermənistanın son hərbi təxribatı nəticəsində dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat vermələri xahiş olunur.

Əlaqə telefonu: (012) 404 04 01 (daxili 187), (055) 200 02 96 (Rauf Tağıyev), e-mail: rauf.taghiyev@smb.gov.az.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı