Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Ermənistanın resurs müharibəsində perspektivsizliyi” mövzusunda video xarici dillərdə yayılıb - BBN

“Ermənistanın resurs müharibəsində perspektivsizliyi” mövzusunda video xarici dillərdə yayılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının “Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda çıxışı erməni, rus və ingilis dillərinə çevrilərək yayılıb.

  Videoda qeyd edilib ki, Ermənistanın provokasiyalarına cavab olaraq başlanılmış müharibədə Ermənistanın itkiləri getdikcə artır. Materialda itkilər dörd istiqamətdə qruplaşdırılır: hərbi texnika və sursat, hərbi infrastruktur, canlı qüvvə və müharibənin maliyyələşdirilməsi. Artıq Ermənistan hərbi büdcəsini daha da artırmağa hazırlaşır və bu yolla Azərbaycanın ərazilərinin işğalını davam etdirmək xülyasındadır. Militarist siyasət yürüdən Ermənitsanda əhalinin hər dördündən biri yoxsuldur və adambaşına xarici borc 2 min ABŞ dollarını keçir. Ermənistanı iqtisadi, sosial və siyasi böhran təhdid edir. Videoda qeyd olunub ki, dövlət borcu ÜDM-in 60 faizi və büdcə kəsiri ÜDM-in 5 faizi həddində olan Ermənistanın resurstutumlu müharibədə qısa müddətdə məğlubiyyəti qaçılmazdır. Təkcə bir müqayisəni demək kifayətdir ki, strateji valyuta ehtiyatlarına görə Azərbaycan Ermənistanı 20 dəfədən çox, dövlət büdcəsinin həcminə görə isə 5 dəfəyə qədər üstələyir.

 “Ermənistanın Azərbaycanla resurs müharibəsində perspektivsizliyi” mövzusunda videonu hər üç dildə – rus, ingilis və erməni dillərində aşağıdakı linklərdən izləmək olar:

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı