Əsas faiz dərəcələri artırılsa da ABŞ-da inflyasiya yüksək olaraq qalır

ABŞ-da inflyasiya ilə mübarizə aparmaq üçün Mərkəzi Bank (FED) tərəfindən əsas faiz dərəcələrinin yüksəldilməsinə baxmayaraq ötən ay qiymətlər artmağa davam edib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, iyulda illik inflyasiya 3.2% olub. Bu isə bir öncəki aydakı rəqəm olan 3%-dən yüksəlib. İyundakı rəqəm isə 2 ildən çox bir müddətə ən aşağı göstərici hesab edilirdi. 

Qeyd edək ki, hazırda ABŞ-da əsas faiz dərəcələri 5.25 ilə 5.5 arasında dəyişir, bu isə son 22 ildə ən yüksək rəqəm hesab edilir. Bildirilir ki, ötən il ölkədə inflyasiya özünün pik həddinə 9.1%-ə çatmışdı. Nəticədə bu FED-in 2%-lik hədəfindən olduqca uzaq görünürdü.  

Ancaq ekspertlər isə bildirirlər ki, hazırda ABŞ-da inflyasiyanın trayektoriyası cüzi artımın olmasına rəğmən düzgün istiqamətdədir.

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı