Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əsas kapitala investisiyalar 13 milyard manatı ötüb - BBN

Əsas kapitala investisiyalar 13 milyard manatı ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 13 milyard 048,1 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsi-nin məlumatına görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 11,5 % azalıb, qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi isə 7 % artıb.

İstifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı (51 %-i) məhsul istehsalı sahələrinə, 4 milyard 298,5 milyon manatı (32,9 %-i) xidmət sahələrinə, 2 milyard 102 milyon manatı (16,1 %-i) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 057,3 milyon manatı və ya 77,1 %-i daxili investisiyaların payına düşüb. Ümumilikdə investisiyaların 10 milyard 280,2 milyon manatı (78,8 %-i) tikinti-quraşdırma işlərinə sərf olunub.

Related posts

AMB ADIF-ə kredit qoyuluşunun qalığını 35 % azaldıb

AMB işçilərinə çəkdiyi xərci 25 %, verdiyi kreditləri 10% artırıb

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 23 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı