Əsas kapitala yönəldilmiş investisiya 15,5 % artıb

2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 % çox investisiya yönəldilmişdir.

BBN.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 %, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1% artmışdır. İstifadə olunmuş investisiyanın 1439,7 milyon manatı və ya 54,6%-i məhsul istehsalı sahələrinə, 1064,7 milyon manatı (40,3%-i) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2121,3 milyon manatını və ya 80,4%-ini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1921,3 milyon manatı və ya 72,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Related posts

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı