“ESG və dayanıqlı bankçılıq” adlı seminar keçirilib – Foto

31 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” üzvlərinin iştirakı ilə “ESG və dayanıqlı bankçılıq” adlı seminar (ESG and sustainable banking workshop) keçirilib.

Tədbir zamanı ESG (Ətraf mühit, sosial və idarəetmə) haqqında seminar iştirakçılarına məlumat verilib, AMB tərəfindən ESG istiqamətində görülən işlər, ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun fəaliyyəti və həyata keçirdiyi məsələlər, “ABB” ASC-nin ESG profili və uğurlar, gələcək planlar və banklar üçün dayanıqlı bankçılıq üzrə fəaliyyət planının formalaşdırılması, tənzimləyici orqanlara təklif üçün “ağ kağız” müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı