Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib - BBN

“Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Dövlət Gömrük Komitəsi və Komitə yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində baş tutan tədbirdə gömrük əməkdaşları ilə yanaşı, biznes assosiasiyalarının, birliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov, İctimai Şuranın sədri Zakir Nuriyev və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev korrupsiyaya qarşı mübarizənin hüquqi bazası, bu sahədə risklərin müəyyən edilməsi, habelə gömrük sistemində ictimai iştirakçılığın və nəzarətin təmin olunması istiqamətində görülən işlərdən bəhs ediblər. Natiqlər bu sahədə uğurlu nəticələrin əldə olunmasında dövlət və cəmiyyət institutları arasında əməkdaşlığın, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Çıxışlar zamanı qeyd olunub ki, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə gömrük əməliyyatlarında insan amilinin minimuma endirilməsi, subyektivliyin qarşısının alınması, qərarvermə proseslərinin avtomatlaşdırılması və etik davranış qaydalarının gömrük əməkdaşlarının fəaliyyətində əsas prinsip kimi tətbiqi istiqamətində qətiyyətli addımlar atılır.
Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi: şəffaf idarəetmə, ictimai etimad və vətəndaş iştirakçılığı”, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov isə “Dövlət Gömrük Komitəsi sistemində dürüstlüyün tətbiqi məsələləri” adlı təqdimatlarla çıxış ediblər.
Tədbir mövzu ilə bağlı sualların cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.

Related posts

Yaponiya və Koreya vətəndaşları Azərbaycana vizasız gələ biləcək

QDTİB Azərbaycanda indiyədək 500 mln. avroya yaxın layihə maliyyələşdirib

Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı