Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Express Business” tətbiqində yenilik! - BBN

“Express Business” tətbiqində yenilik!

Expressbank biznes bankçılıq müştəriləri üçün “Express Business” tətbiqini təkmilləşdirməyə davam edir.

Artıq büdcə ödənişlərini “Express Business” tətbiqi üzərindən sürətli və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Bu yeni xidmət sahibkarlara vergi, DSMF və digər büdcə ödənişlərini əlavə vaxt itirmədən, bir neçə toxunuşla onlayn formada icra etmək rahatlığı təqdim edir.

Yenilənən funksionallıq bizneslərin maliyyə əməliyyatlarını daha operativ idarə etməsinə, ödəniş proseslərini sadələşdirməsinə və vaxt itkisini minimuma endirməsinə imkan yaradır.

Tətbiqi endirmək və funksionallıqla daha yaxından tanış olmaq üçün buradan keçid edə bilərsiniz.

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Related posts

Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb

Rabitəbankdan təhsil işçilərinə 9,5%-dən başlayan faizlə 50 000 AZN-dək NAĞD PUL KREDİTİ

Azərbaycanda sosial sığorta müavinətləri üzrə ödənişlər 7,8 % artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı