Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Expressbank komandası olaraq "Təbiətə qayğı - Gələcəyə miras" dedik - BBN

Expressbank komandası olaraq “Təbiətə qayğı – Gələcəyə miras” dedik

Expressbank olaraq “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə başlatdığımız “Təbiətə qayğı – Gələcəyə miras” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində silsiləvi ekoloji aksiyaların icrasına başladıq.

Belə ki, bu il ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinə həmrəylik ifadəsi olaraq Expressbank əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Layihənin keçirilməsində məqsəd bank əməkdaşlarını yaşıl gələcəyin bünövrəsinin qoyulması ideası ətrafında toplayaraq dövlətimizin tutduğu mövqeyə dəstəyi ifadə etməkdir. Layihə çərçivəsində paytaxtın ən hərəkətli yollarından biri olan Salyan şosesinin yolkənarı ərazisində 300 ədəd Eldar şamı ağacı əkilib. Aksiyanın həyata keçirilməsinə BŞİH əməkdaşları da dəstək göstəriblər.

Video: https://bit.ly/4fni5C9

Qeyd edək ki, Expressbank ASC bundan öncə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyasında da fəal iştirakı ilə fərqlənmişdi.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

“Expressbank” – İşiniz rahat getsin!

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı