Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib - BBN

Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib

Expressbank Sahibkarlar Günü münasibətilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyinin (GXSSD) üzvləri ilə işgüzar səhər yeməyi formatında görüş təşkil edib.

Görüşdə sahibkarlarla açıq dialoq aparılıb, onların sahibkarlıq fəaliyyətində üzləşdikləri maliyyə məsələləri və inkişaf imkanları müzakirə edilib.

Eyni zamanda tədbir çərçivəsində iştirakçılar üçün maliyyə savadlılığı mövzuları ətrafında qısa təlim də keçirilib. Təlim zamanı sahibkarlara maliyyə planlaması, nağd pul axınının idarə olunması və bank məhsullarından effektiv istifadə ilə bağlı praktiki məlumatlar təqdim olunub.

Qeyd edək ki, qısa müddət əvvəl Expressbank ilə Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanmışdı. Bank sözügedən əməkdaşlıq çərçivəsində sahibkarların maliyyə savadlılığının artırılmasına dəstək göstərməyi, onların maliyyə alətlərinə çıxış imkanlarını genişləndirməyi və bizneslərinin inkişafına töhfə verməyi hədəfləyir.

Expressbank bu kimi təşəbbüslərlə sahibkarlarla əlaqələrin gücləndirilməsinə və ölkədə sahibkarlıq mühitinin inkişafına dəstək verməyə davam edir.

Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Təcili kredit üçün bura keçid edin!

 

 

 

Related posts

RABİTƏBANKDAN SƏRFƏLİ NAĞD PUL KREDİTİ KAMPANİYASI BANK, SIĞORTA VƏ MOBİL OPERATOR ƏMƏKDAŞLARINA ÖZƏL

AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi

Cavid Mirzəyev: Mərkəzi Bankın yeni qərarı bankın kredit portfelinə təsir etməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı