Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Expressbank – YENİ ÜNVANDA - BBN

Expressbank – YENİ ÜNVANDA

Müasir bankçılıq standartlarına uyğun dizayn edilmiş bu filialın geniş və rahat xidmət zalı həm fərdi, həm də biznes müştərilərinə çevik xidmət göstərməyə imkan verir.

Filialda müştərilərin bütün bank əməliyyatlarını – kreditlərin rəsmiləşdirilməsi, əmanətlərin yerləşdirilməsi, kart sifarişi, eləcə də kassa-hesablaşma xidmətlərini operativ şəkildə həyata keçirməsi üçün hər bir detal nəzərə alınıb. Həmçinin, filialın girişində quraşdırılmış 24/7 xidmət zonası vasitəsilə müştərilər günün istənilən vaxtı müasir NFC ATM və ödəniş terminallarından istifadə edərək müxtəlif bank əməliyyatlarını sərbəst şəkildə icra edə bilərlər.

Qeyd edək ki, filialda fiziki şəxslərlə yanaşı, kiçik, orta və böyük sahibkarlıq subyektləri üçün geniş çeşidli biznes bankçılıq xidmətləri də təqdim edilir.

Bankın strateji hədəfi rəqəmsal innovasiyaların tətbiqi ilə fiziki xidmət şəbəkəsini təkmilləşdirmək və paytaxtın əlçatan nöqtələrində müştərilərə üstün bankçılıq təcrübəsi təqdim etməkdir.

“Expressbank” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla 16 filialı ilə fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın İnstagram, “FacebookLinkedIN və Telegram sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Related posts

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı