Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Expressbank"ın sponsorluğu ilə "ASAN xidmət"in 3-cü "RoboCode" düşərgəsi başa çatıb - BBN

“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

“Expressbank”ın sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə ərsəyə gətirdiyi “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb.

Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe və “Expressbank”ın Reklam və Marketinq şöbəsinin rəhbəri Ayşən Həsənova çıxış ediblər.

Ayşən Həsənova öz çıxışında “Expressbank”ın gənclərin maariflənməsinə və texnoloji yeniliklərdə onların aktiv iştirakına verdiyi önəmi vurğulayıb. Həmçinin, Bankın bu istiqamətdəki layihələri dəstəkləməkdən və Azərbaycan gəncliyinin inkişafına töhfə verməkdən məmnunluğunu dilə gətirib. O, robototexnika və kodlama kimi gələcəyin sahələrinə qoyulan investisiyanın ölkənin rəqəmsal ekosisteminin güclənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirin açılış nitqindən sonra düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Nəticələrə əsasən 1-ci yerə “Qızılbaş”, 2-ci yerə “Soilmate” komandası, 3-cü yerə isə “Spark Mind” komandası layiq görülüb.

Qaliblər “SAHA Robotics” və “Bilişim Vadisi”ndən bir sıra imtiyazlar əldə edib, həmçinin “Expressbank” tərəfindən hədiyyələrlə təltif olunublar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək.

Qeyd edək ki, bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub.

Related posts

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

VTB (Azərbaycan) “A. A. Banişevski adına Bakı Kuboku”nun rəsmi tərəfdaşı olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı