Fəal yaşlanmanın təşviq edilməsinə dair birgə layihənin icrası sahəsində aparılan işlər müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində nazirlik  və BMT Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin icrası sahəsində aparılan işlər işçi qaydada müzakirə olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsünün nəticəsi olan layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzi keçirmələrinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır. 2019-2021-ci illəri əhatə edəcək layihə ASAN Xidmət, Dövlət Statistika Komitəsi, DOST Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

Müzakirələr zamanı layihənin bir-biri ilə sıx əlaqəli komponentləri üzrə aparılan işlər diqqətə çatdırılıb.  Müvafiq sahədə siyasətin təkmilləşdirilməsi üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsinə dair ictimai məlumatlılığın artırılması, sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn pilot tədbirlər qeyd edilib. Fəal yaşlanma ideyasının təbliği məqsədilə Bakı və bölgələrdə ahıl vətəndaşların iştirakı ilə məlumatlandırma tədbirlərindən, yaşlılar üçün təşkil edilən praktik məşğələ və sessiyalardan bəhs olunub. DOST Agentliyinin yaşlılara yönəlik işləri, yaşlılar üçün “Gümüşü DOST” könüllülük proqramı, yaşlıların  cəmiyyətdə fəal iştirakına verdiyi töhfələr qeyd edilib.

Layihə əsasında ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanmasının, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Layihənin növbəti mərhələlərdə icrası ilə bağlı görüləcək işlər nəzərdən keçirilib, fikir mübadilələri aparılıb, işçi qaydada belə müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı