Fərid Qattal “FINTEX SUMMIT 2024” tədbirində çıxış edib – Foto

PwC Azərbaycan 15-16 may 2024-cü il tarixlərində keçirilən “FINTEX SUMMIT 2024: (Maliyyə və Texnologiyalar Sərgisi)” sammiti ilə tərəfdaşlıq çərçivəsində maliyyə innovasiyalarının idarə edilməsinə önəm verdiyini nümayiş etdirmişdir.

“Rəqəmsal aktivlər: Maliyyə sektorunun gələcək inkişafında innovasiyaların tətbiqi” panel müzakirəsində xüsusi məruzəçi kimi çıxış edən PwC Azərbaycanın Məsləhət Xidmətləri departamentinin rəhbəri Fərid Qattal bu sahəyə önəm verdiyini vurğulayaraq, iştirakçılarla rəqəmsal aktivlərin idarə olunması və səmərəli istifadəsinə dair fikir mübadiləsi aparıb.

Cənab Qattal rəqəmsal aktivlərin sürətli inkişafına görə gələcək maliyyə bazarlarında və rəqəmsal iqtisadiyyatda prioritetləşdirilməsinin vacibliyini vurğulayıb. O, PwC-nin “FINTEX SUMMIT 2024” ilə əməkdaşlıq çərçivəsində sənaye liderləri ilə birlikdə innovativ həllər tapmaq və müsbət transformasiyanı təşviq etməkdə qərarlı olduğunu vurğulayıb.

VISA ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “FINTEX SUMMIT 2024” bank və maliyyə ekosistemində yeni trendlər və imkanları araşdırmaq üçün qərar qəbuledicilər, şirkət rəhbərləri, hökumət rəsmiləri və influenserləri bir araya gətirir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı