“Facebook” 5.7 milyardlıq investisiya edib

Amerikan sosial media nəhəngi “Facebook” Hindistanlı milyarder Mukeş Ambaninin “Reliance Industries” holdinqinə daxil olan “Reliance Jio” telekommunikasiya şirkətinin səhmlərini satın alıb. Belə ki, bugün açıqlanan satınalma razılaşmasına əsasən, “Facebook” şirkəti 5.7 milyard dollar qarşılığında “Reliance Jio” şirkətinin səhmlərinin 9.9%-inə sahib olub.

3 il 6 ay əvvəl qurulan telekommunikasiya şirkəti Hindistanda 390 milyona yaxın abunəyə sahibdir. Bu satınalma nəticəsində “Facebook” “Whatsapp” xidmətinin vasitəsilə Hindistan kimi böyük əhaliyə malik olan ölkədə gəlirlərini böyük həcmdə artıra biləcək.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı